...

“Iran Air” Novruz günlərində Bakıya uçuşların sayını artırıb

Gündəm Materials 3 Aprel 2018 19:30 (UTC +04:00)
“Iran Air” şirkəti Novruz bayramı günlərində Tehran-Bakı reysi ilə 12 uçuş həyata keçirib
“Iran Air” Novruz günlərində Bakıya uçuşların sayını artırıb

Bakı. Maksim Tsurkov, Fərhad Danişvər - Trend:

“Iran Air” şirkəti Novruz bayramı günlərində Tehran-Bakı reysi ilə 12 uçuş həyata keçirib.

Bunu Trend-ə şirkətin Bakıdakı nümayəndəliyinin rəhbəri Müctəba Qulamian deyib.

M.Qulamianın sözlərinə görə, martın 19-dan aprelin 4-dək aviaşirkət ümumilikdə 1800-ə yaxın sərnişinə xidmət edəcək:

“Iran Air” adətən həftənin bazar ertəsi və cümə axşamı günlərində iki dəfə uçuşlar həyata keçirir, amma Novruz günlərində Tehranla Bakı arasında altı əlavə reys həyata keçirilib”.

Qeyd edək ki, “Iran Air” bu il yanvar ayının sonundan Bakıya uçuşları bərpa edib və növbəti iki il ərzində reyslərin həyata keçiriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti