...

Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti korrupsiyadan uzaq fəaliyyət göstərir (FOTO)

Gündəm Materials 19 İyul 2018 12:23 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti korrupsiyadan uzaq fəaliyyət göstərir.
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti korrupsiyadan uzaq fəaliyyət göstərir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində neqativ halların olmaması Prezident İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan əsas vəzifələrdən biridir.

Trend-in məlumatına görə, bunu Dövlət Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O qeyd edib ki, bu gün Xidmət neqativ hallardan, xüsusən korrupsiyadan uzaq fəaliyyət göstərir: "Əgər elə bir hal olarsa, bizim sistemdən kənarda ola bilər və bu cür halların dərhal qarşısı alınır".

V.Hüseynov bildirib ki, Xidmətdə daxili nizam-intizamın təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb:

"Müəyyən əməkdaşlar Xidmətdən kənarlaşdırılıb, yerdəyişmələr olub, daxili nəzarət sistemi təkmilləşdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti