...

Bu il imtahanlarda nəzarət üçün 48 mindən artıq əməkdaş cəlb olunub (FOTO)

Gündəm Materials 3 Noyabr 2018 14:52 (UTC +04:00)

Bakı. Trend:

Bu il imtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədilə 48309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bunu qurumun Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Gəncədə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda keçirilən konfransda deyib.

M.Abbaszadə qeyd edib ki, DİM fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib.

Sədr bildirib ki, DİM-in hal-hazırda keçirdiyi imtahanların məqsədləri və iştirakçıları bir-birindən fərqlənsə də, onların hamısını birləşdirən ümumi cəhətlər var:

"İmtahanların hamısının məzmun və standartları müvafiq sahələr üzrə ekpertlərin iştirakı ilə elmi metodlar əsasında müəyyən olunur, imtahanlar keçirilərkən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, cavablar avtomatlaşdırılmış sistemlər vasitəsilə və ya müəyyən olunmuş meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilir. 2018-ci il ərzində DİM-in həyata keçirdiyi imthanalarda ümumilikdə 641 517 nəfər iştirak edib. İmtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədilə 48309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Vətəndaşlar hesabat ili ərzində 7 milyon dəfədən çox DİM-in elektron xidmətlərindən istifadə ediblər”.

Qeyd edək ki, konfransda Gəncə və ətraf şəhərlərdə yerləşən ali təhsil müəssisələrinin rektorları, müəllimlər, təhsil şöbələrinin müdirləri, şəhər icra hakimiyyəti və AMEA-nın Gəncə mərkəzinin nümayəndələri, imtahan rəhbərləri, nəzarətçi-müəllimlər və KİV təmsilçiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti