...

Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı araşdırmaların nəticəsi açıqlandı

Gündəm Materials 28 Noyabr 2018 17:44 (UTC +04:00)
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələri məlum olub.
Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı araşdırmaların nəticəsi açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələri məlum olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələr laborator müayinələrdən keçirilib. Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti