Bakı. Ceyhun Ələkbərov - Trend:
Əsən güclü külək nəticəsində Bakı Dairəvi 1-ci avtomobil yolunda, Yeni Yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhə aşıb.
Bu barədə Trend-ə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinsən məlumat veriblər.
Aşan lövhə Yeni Yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi 1-ci avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkatına maneə yaradıb.
Dərhal əraziyə AYYDA-nın cəlb olunaraq aşan dirəyi aradan qaldıraraq avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin ediblər.