...

Azərbaycanda arı ailəsinin sayı 400 mini keçib

Gündəm Materials 8 Yanvar 2019 13:09 (UTC +04:00)
2018-ci ildə Azərbaycanda 3 min ton bal istehsal edilib.
Azərbaycanda arı ailəsinin sayı 400 mini keçib

Bakı. Ceyhun Ələkbərov - Trend:

2018-ci ildə Azərbaycanda 3 min ton bal istehsal edilib.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, istehlak 5 min ton olub:

"Ümumi faiznən hesablasaq, ölkədə istehsal olunan bal əhalinin 65-70 faizini təmin edir".

B.Həsrətov bildirib ki, 2017-ci ilə nisbətən ötən ildə arı ailəsində artım qeydə alınıb:

"Bizdə olan statistikaya görə, ölkədə 300 min arı ailəsi var idi, ancaq subsidiya ilə bağlı identifikasiya keçirildi. Eyniləşdirilmədən sonra biz gördük ki, arı ailəsinin sayı 400 mindən çoxdur. Həmin 400 min arı ailəsinin 270 mini isə artıq subsidiya əldə edib".

Assosiasiyanın sədri əlavə edib ki, ölkədə olan arıçıların bacarıq və bilikləri artırılmalıdır:

"Hazırda bir arı ailəsindən ortalama 10 kiloya qədər məhsul əldə edilir. Bu rəqəm dünya ölkələri ilə müqayisədə çox azdır. Arıçılarla müəyyən tədbirlər keçirərək bilik və bacarıqlarını artıra bilsək, məhsul da 25-30 kiloqrama qədər arta bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti