...

Şamaxıdakı zəlzələdən görüntülər yayıldı (VİDEO)

Gündəm Materials 6 Fevral 2019 10:36 (UTC +04:00)
Ötən gecə Şamaxıda baş vermiş zəlzələdən görüntülər yayılıb.
Şamaxıdakı zəlzələdən görüntülər yayıldı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Şamaxıda baş vermiş zəlzələdən görüntülər yayılıb.

Trend-in məlumatına görə, görüntülər Şamaxı şəhərində qeydə alınıb. Mağazalardan birinin müşahidə kameralarına düşən görüntülərdə rayon sakinlərinin təşviş içərisində oranı tərk etməsi görünür.

Kadrlardan görünür ki, sözügedən mağazaya xeyli miqdarda ziyan dəyib. Rəflərdə olan ərzaq və içkilər yerə dağılaraq yararsız hala düşüblər.

Qeyd edək ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova isə bildirib ki, Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində 14 kəndə ziyan dəyib.

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti