...

Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü

Gündəm Materials 13 Fevral 2019 09:54 (UTC +04:00)
Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürüb.
Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürüb.

Abşeron Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhəri ərazisində, səhər saat 07 radələrində baş verib.

Xırdalan şəhəri ərazisində Sumqayıtdan Bakıya gələn sürət qatarının bir nəfəri vurub öldürməsi barədə məlumat daxil olan kimi polis və prokurorluq orqanları əməkdaşları dərhal hadisə yerinə baxış keçirib.

Məlum olub ki, Abşeron rayonu Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, "Mexkalon" adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedərkən Sumqayıtdan Bakıya gələn "Ştadler" markalı sürət qatarı vurması nəticəsində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti