...

Bakıda yol qəzasında ölənlərin adları məlum oldu

Gündəm Materials 2 Aprel 2019 11:58 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakının Nəsimi rayonu ərazisində baş vermiş yol qəzası nəticəsində ölən və yaralananların adları məlum olub.

Trend-in məlumatına görə, hadisə Nəsimi rayonu, R.Behdudov küçəsi, 22-də qeydə alınıb.

1971-ci il təvəllüdlü Əmiraslanov Ramiz Nəcəf oğlu idarə etdiyi "MG" markalı 90-NV-350 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Quliyeva Xanım Adil qızı, 1962-ci il təvəllüdlü Niyazov Valəddin Əlmirzə oğlu, onun oğlu, 1996-cı il təvəllüdlü Niyazov Seymur Valəddin oğlu və 1957-ci il təvəllüdlü Rüstəmova Fatma Cümşüd qızını vuraraq 5 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü R.Əmiraslanov və piyadalardan F.Rüstəmova hadisə yerində dünyasını dəyişib, 3 piyada isə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, hadisəni törədən sürücü R.Əmiraslanov sükan arxasında ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti