...

Bu gün Bakıda futbol həyəcanı var, bəs HAVA necə olacaq?

Gündəm Materials 29 May 2019 07:40 (UTC +04:00)

Bakı. Trend:

Ölkə ərazisində gözlənilən hava şəraitilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda 23-27° isti, Bakıda 25-27° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti