...

Qoşqar Təhməzli: Çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın

Gündəm Materials 1 İyun 2019 14:30 (UTC +04:00)
Qida təhlükəsizliyinin təmini üçün mövsümi xarakterli tədbirlər planı həyata keçirilməkdədir.
Qoşqar Təhməzli: Çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida təhlükəsizliyinin təmini üçün mövsümi xarakterli tədbirlər planı həyata keçirilməkdədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən "Təhlükəsiz qida uşaqların gözü ilə" rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi zamanı deyib.

Onun sözlərinə görə, hazırda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laboratoriya fəaliyyət göstərir. Onların 6-sı Abşeronda, 15-i isə regionlarda yerləşir.

Q.Təhməzli əlavə edib ki, dövri olaraq, bütün laboratoriyalar tərəfindən ekspertizalar aparılır. İdxal zamanı keyfiyyətin və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalına qadağan qoyulur. Bu, istehsal prosesində aşkarlandıqda isə onların istehsalına qadağa qoyulur:

"Əgər keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem varsa, müvafiq olaraq tədbirlər həyata keçirilir. Mövsümi xarakterli tədbirlər planımız imzalanıb və regional bölmələrimiz artıq həmin tədbirlər planını həyata keçirməkdədirlər. Biz maksimum çalışırıq ki, havaların isti keçməsi qidaları təhlükəli hala salmasın və əhalinin sağlamlığı da təhdid altında qalmasın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti