...

Bakıda gül mağazasında yanğın söndürülüb (YENİLƏNİB) (FOTO)

Gündəm Materials 8 İyul 2019 08:57 (UTC +04:00)
Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib
Bakıda gül mağazasında yanğın söndürülüb (YENİLƏNİB) (FOTO)

İlk xəbər saat 08:40-da yayılıb

Bakı. Samir Əli - Trend:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

saat 08:40

Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Trend-ə verdiyi məlumata görə, bununla əlaqədar əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib.

Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətini tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.

FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda tikilidə yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən gül mağazasının dam örtüyü yanır. Yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti