...

ÜST: Təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir

Gündəm Materials 1 Avqust 2019 15:35 (UTC +04:00)
Azərbaycanda icbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətlərinə bir sıra vacib xidmətlər daxil olacaq.
ÜST: Təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycanda icbari tibbi sığorta çərçivəsində göstərilən ilkin səhiyyə xidmətlərinə bir sıra vacib xidmətlər daxil olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə məsələləri üzrə baş iqtisadçısı Melitta Jakab səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

Onun sözlərinə görə, bu, ana və uşaq sağlamlığının yaxşılaşmasına, eyni zamanda xroniki xəstəliklərdən əziyyət çəkən insanlara yardım göstərilməsinə imkan verəcək.

ÜST rəsmisi hesab edir ki, bu, vətəndaşların öz xərclərinin də azalmasına kömək edəcək.

M.Jakab onu da əlavə edib ki, Azərbaycanda vacib, təxirəsalınmaz məsələ ilkin səhiyyə xidməti göstərən səhiyyə ocaqlarının formalaşdırılmasıdır: "İstərdik ki, hazırda bununla bağlı gedən proseslər həm standartlara uyğun olsun, həm də Azərbaycanda müasir, dayanıqlı, bütün standartlara cavab verən səhiyyə sisteminin qurulmasına xidmət etsin. Azərbaycan artıq icbari tibbi sığorta sisteminin tətbiqinə başlayır. Bu, səhiyyə xidmətlərinə çıxışı təmin etmək üçün çox gözəl imkandır. Bu sistemdə universal paketdən istifadə edə bilərsiniz. Biz sistemdə çox vacib rol oynamalıyıq, çünki maliyyə imkanları məhduddur".

ÜST nüamyəndəsi vurğulayıb ki, Azərbaycanda əhali icbari tibbi sığorta sisteminə çox maraq göstərir. Ona görə də vergilərdən və digər maliyyə mənbələrdən daxil olan vəsaitlər idarə edilməlidir. Həmçinin, təxirəsalınmaz tibbi yardımlar əsas xidmətlər zərfinə daxil edilməlidir.

M.Jakab əlavə edib ki, pilot rayonlarda həyata keçirilən layihənin nəticələri yaxşıdır. Amma gələcək dövr üçün də prioritetlər müəyyən edilməlidir.

Onun sözlərinə görə, uğur əldə etmək üçün kadrlar siyasəti də təkmil olmalıdır: "Ümidvaram ki, bu sahədə Azərbaycanda başladığımız islahatlar nəinki icbari tibbi sığorta baxımından, o cümlədən ilkin səhiyyə xidmətlərinin göstərilməsində mövcud olan durumu xeyli yaxşılaşdıracaqdır. Əlbəttə ki, bütün bunlar Azərbaycan əhalisinə, xalqına xidmət edəcək. Bununla da onlar daha mükəmməl tibbi xidmətlərdən yararlanacaq. Eyni zamanda, göstərilən səhiyyə ocaqlarındakı xidmətlərin keyfiyyəti də artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti