...

“Azəriqaz” İB-də YENİ TƏYİNATLAR

Gündəm Materials 9 Avqust 2019 17:58 (UTC +04:00)
“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişikliyi aparılıb.
“Azəriqaz” İB-də YENİ TƏYİNATLAR

Bakı. Elçin Mehdiyev - Trend:

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişikliyi aparılıb.

İB-dən Trend-ə bildirilib ki, Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Xaliq İslam oğlu Namazov vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Hüseyn Gülməmməd oğlu Şirinov Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azər Fəxrəddin oğlu Musayev isə Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti