...

Keşlədə qatarın vurduğu qadının kimliyi məlum oldu

Gündəm Materials 2 Oktyabr 2019 10:06 (UTC +04:00)

Bakı. Samir Əli, Ceyhun Ələkbərov - Trend:

Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

Trend-in məlumatına görə, vurulan qadın 1986-cı il təvəllüdlü Rəhimova Tacirə Vidadi qızıdır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti kritikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti