...

Azərbaycan Texniki Universitetində koronavirusa görə dezinfeksiya işləri aparılıb (FOTO)

Gündəm Materials 4 Mart 2020 17:25 (UTC +04:00)
Koronavirusla əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) dezinfeksiya işlərinə nəzarət gücləndirilib.
Azərbaycan Texniki Universitetində koronavirusa görə dezinfeksiya işləri aparılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Koronavirusla əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) dezinfeksiya işlərinə nəzarət gücləndirilib.

AzTU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, universitetin bütün tədris korpuslarının auditoriyaları, laboratoriyaları, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb. Eyni zamanda, universitetin yataqxanası və idman sarayı da koronavirusa qarşı dezinfeksiya edilib.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində mütəmadi olaraq ayda bir dəfə dezinfeksiya işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti