...

Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur

Gündəm Materials 15 May 2020 09:26 (UTC +04:00)
Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından Trend-ə daxil olan məlumata görə, may ayının 16-sı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrindəki 300-ə yaxın əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq:

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti