...

DSX rəisi hərbi hissə və bölmələrdə xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb (FOTO)

Gündəm Materials 23 İyun 2020 16:29 (UTC +04:00)
DSX rəisi hərbi hissə və bölmələrdə xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb (FOTO)

Bakı. Trend:

2020-ci ilin 22-23 iyun tarixlərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb.

DSX-dən Trend-ə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilmiş, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülmüş, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş möv­qe­lərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mü­hafizə və müdafiə infrastrukturunun təkmilləş­dirilməsi, hərbi hissələrin və qarni­zon­ların tikintisi üzrə görülən işlər nəzərdən keçi­rilmiş, döyüş hazırlığının yük­səldilməsi, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi istiqa­mətində zəruri göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti