...

Faktiki hava: Şimşək çaxıb, yağış yağıb

Gündəm Materials 29 İyul 2020 22:20 (UTC +04:00)
Faktiki hava: Şimşək çaxıb, yağış yağıb

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 22:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Şahbuz, Oğuz, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Yevlax, Bərdə, Ağstafa, Şabran, Nabran, Naftalan, Kürdəmir, Mərəzə, Mingəçevir, Göyçay, Balakən, Qrız, Şəki, Zaqatala, Qəbələ, Qusar, Quba, Xaçmaz, Tərtər, Biləsuvar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Astara, Lerik, Kişçay (Şəki), Xınalıq, Sarıbaş (Qax), Şahdağ, Yardımlı, Binə, Bakı, Zabrat, Sumqayıtda şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən Trend-ə verilən məlumata göre, şimal-qərb küləyi Naftalanda 34 m/s, Ağdamda 28 m/s, Tərtərdə 27 m/s, Göyçayda 21 m/s, Nabran, Bərdədə 20 m/s, Xaçmaz, Zərdabda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 30 m/s, Sumqayıtda 28 m/s, Bakıda, Pirallahıda 25 m/s, Qum adasında 24 m/s, Çilov adasında 20 m/s, Binədə 18 m/s, Zabratda 17 m/s, Neft Daşlarında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Bərdə rayonuna 17:34-17:37 radələrində diametri 10 mm olan dolu düşüb.

Gorançayın aşagı axarlarından saat 19:00 radələrində sel keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti