...

Ağdaşda polis koronavirus xəstələrinin evdən çıxmamasına nəzarət edir

Gündəm Materials 20 Avqust 2020 13:24 (UTC +04:00)
Ağdaşda polis koronavirus xəstələrinin evdən çıxmamasına nəzarət edir

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin özünütəcrid qaydalarına riayət etməsi məqsədilə tədbirlər həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, mütəmadi olaraq polis əməkdaşları həmin şəxslərin yaşadıqları ünvanlara baş çəkir, onlarla maraqlanırlar.

Ətrafdakı şəxsləri də virusa yoluxdurmamaları üçün yaşadıqları ünvanları tərk etməmələrinin vacibliyi onların diqqətinə çatdırılır. Həmçinin, bildirilir ki, qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti