Bakı. Samir Əli - Trend:
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2020/2021-ci tədris ilinin başlaması münasibətilə universitetin müəllim və tələbələri ilə videoformatda görüş keçirib.
AzTU-dan Trend-ə verilən məlumatda bildirilir ki, müəllim və tələbələri yeni tədris ili müenasibəti ilə təbrik edən rektor bildirib ki, pandemiya səbəbindən dərslər onlayn keçiriləcək.
Onlayn dərslərin keyfiyyəti ötən semestrdən fərqli olaraq daha da təkmilləşdirilib. Dərslər “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Rektor videogörüşdə müəllim və tələbələri yeni tədris ilində daha məsuliyyətli olmağa çağırıb və təhsilin inkişafı istiqamətində uğurlar arzulayıb.