...

Şabranda karantin rejimini pozan şəxslər cərimələndi

Gündəm Materials 19 Dekabr 2020 13:41 (UTC +04:00)
Şabranda karantin rejimini pozan şəxslər cərimələndi

Bakı. Samir Əli - Trend:

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Qanunvericiliyə uyğun olaraq obyektin sahibi F.Məmmədov və orada olan 10 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən bərərxana aşkarlanıb. Obyektə baxış zamanı salonda bərbər və müştərilərin olduğu aşkar edilib.

Karantin rejimi qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti