...

XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

Gündəm Materials 26 Dekabr 2020 16:03 (UTC +04:00)
XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri - Fərhad Mollazadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Trend-in məlumatına görə, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclaslarda vəsatətlər təmin edilib.

Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti