...

Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)

Gündəm Materials 27 Yanvar 2021 14:45 (UTC +04:00)
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)

Bakı. Samir Əli - Trend:

Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.

Trend-in məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təşkil edilmiş “Media və kommunikasiya siyasəti medianın gözü ilə” seminarında iştirak ediblər.
Seminarda “Media əlaqələri və kommunikasiya strategiyaları”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması”, “Media gündəminin formalaşdırılması”, “Gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaşdırılması”, “Ənənəvi və sosial media ilə iş” mövzularında mühazirələr tədbir iştirakçılarına tədris edilmiş, bundan əlavə onları maraqlandıran suallar cavablandırılmışdır.

Seminarın sonunda iştirakçıların ADA Universitetinin tədris mərkəzinə turu təşkil edilib. Sonda xatirə fotoşəkli çəkdirilıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti