...

Füzuli Hava Limanı üçün 100 min kvadratmetr sahə minalardan təmizlənir

Gündəm Materials 1 Fevral 2021 12:10 (UTC +04:00)
Füzuli Hava Limanı üçün 100 min kvadratmetr sahə minalardan təmizlənir

Füzuli. Ceyhun Ələkbərov - Trend:

Füzuli Beynəlxalq Hava Limanının ərazisinin 100 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı tədbirlər həyata keçirilir.

Trend-in Füzulidəki müxbirinin verdiyi məlumata görə, bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.

Bu məqsədlə xarici ölkələrdən mütəxəssislər dəvət olunub. Ərazinin minalardan təmizlənməsinin sürətlənməsi məqsədilə İngiltərə istehsalı olan "AARDVARK" modelli mexanizm alınaraq əraziyə gətirilib. Hazırda minalardan təmizlənən ərazilərdə uçuş enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işlərinə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti