...

Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir

Gündəm Materials 1 Mart 2021 15:58 (UTC +04:00)

Bakı. Trend:

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib.

Trend-in məlumatına görə, bunu Məhkəmə Hüquq Şurasının iclasında Şura sədri, ədliyyə naziri Fikrət Məmmədov deyib. O bildirib ki, bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.

Ötən il həmçinin yeni kommersiya və inzibati məhkəmələr fəaliyyətə başlayıb, həmin məhkəmələr təcrübəli hakimlərlə komplektləşdirilib. Kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulu və elektron sənəd dövriyəsi təsbit olunub. Əlçatanlığın effektiv müəyyən edilməsi nəticəsində kommersiya işlərinin sayı 50%-dək artıb, iddiaların 94%-i təmin olunub, qərarların sabitliyinin göstəricisi 96% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti