...

“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)

Gündəm Materials 13 Aprel 2021 18:29 (UTC +04:00)
“Əsas Məsələ”də bu dəfə də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)

Bakı. Trend:

Hərbi Qənimətlər Parkı Azərbaycan tarixinin ən şərəfli səhifələrini özündə əks etdirən və açıq havada yaradılmış əsl muzey kompleksidir. Eyni zamanda, bu kompleks bundan sonra Azərbaycan torpaqlarına göz dikmək istəyən hər kəs üçün tarixi ibrət dərsi olacaq.

Trend xəbər verir ki, bu gün AzTV-nin “Əsas Məsələ ” verilişinin əsas mövzusu da Hərbi Qənimətlər Parkının açılışı olub. Verilişin qonaqları Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Xalq artisti Nurəddin Mehdixanlı, hərbiçilər - Səfər Qurbanov, Rəşad Qasımlı və Azər Abdullazadə bildiriblər ki, Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, xalqımızın sarsılmaz birliyi düşmənin belini qırdı. Belə bir kompleksin yaradılması sözsüz ki, gənc nəslin vətənpərvər ruhda yetişməsi işinə də misilsiz töhfəsini verəcək. Bundan sonra Hərbi Qənimətlər Parkı Bakı sakinləri və şəhərimizin qonaqları tərəfindən ən çox ziyarət edilən məkanlardan biri olacaq.

Verilişi Azərbaycan Televiyasının (AzTV) rəsmi Youtube kanalından izləyə bilərsiniz.

İnformasiya dəstəkçisi TREND

Məqalədə:
Xəbər lenti

Xəbər lenti