...

Şərqşünaslıq İnstitutunun əməkdaşı Polşada beynəlxalq konfransda çıxış edib (FOTO)

Gündəm Materials 10 Avqust 2021 18:37 (UTC +04:00)
Şərqşünaslıq İnstitutunun əməkdaşı Polşada beynəlxalq konfransda çıxış edib (FOTO)

Bakı. Trend:

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova avqustun 8-9-da Polşanın paytaxtı Varşavada keçirilən IV Beynəlxalq Avropa Disiplinlərarası Araşıdrmalar Konfransında iştirak edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas "Müasir Misir ədəbiyyatında kənd həyatı və dəyişməyən tarixi reallıqlar” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə XX əsrin ortalarında Misirdə başlayan torpaq islahatlarının kəndlərdə yaratdığı tarixi reallıqlar fonunda yazılmış ədəbi əsərlərin müqayisəli təhlili nəzərə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti