Bakı. Trend:
ABŞ prezidenti Cozef Bayden 2022 maliyyə ilində qaçqın qəbul limitini iki dəfə artıraraq 125 minə qaldırıb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytı məlumat yayıb.
“2022-ci maliyyə ilində 125 minə qədər qaçqının ABŞ-a qəbulu humanitar fikirlərə əsaslanır və ya digər şəkildə milli maraqlara uyğun gəlir”, - C.Bayden qeyd edib.
Bildirilir ki, daha əvvəl qaçqın qəbulu limiti 62.500 təşkil edib.