...

Yaxın günlərdə İstanbul-Yerevan reysi üzrə uçuşlar həyata keçirəcək şirkət müəyyənləşdiriləcək

Gündəm Materials 16 Dekabr 2021 11:05 (UTC +04:00)
Yaxın günlərdə İstanbul-Yerevan reysi üzrə uçuşlar həyata keçirəcək şirkət müəyyənləşdiriləcək

Bakı. Orxan Nəbiyev - Trend:

Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-Yerevan-İstanbul reysinin açılması ilə bağlı müraciətlərini nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, aviaşirkətlərin müraciətləri Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır.

"Prinsip etibarilə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə bu marşrut üzrə hansı şirkətlərin uçuşlar həyata keçirə biləcəyi müəyyənləşdiriləcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti