Bakı. Elçin Mehdiyev - Trend:
“Media haqqında” qanunu yenidən Avropa Şurasının Venesiya Komissiyasına göndərməyin heç bir mənası yoxdur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında komitə sədri Əli Hüseynli deyib.
O bildirib ki, bu qanun layihəsi əvvəlki qanun layihəsinin bazasında hazırlanıb.