...

"Azəriqaz"ın smart kartlarına pul yüklənməsi problemi aradan qaldırılıb - RƏSMİ

Gündəm 17 Yanvar 2022 12:12
"Azəriqaz"ın smart kartlarına pul yüklənməsi problemi aradan qaldırılıb - RƏSMİ

Trend-i buradan izləyin

Bakı. Fərid Zöhrabov - Trend:

Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan “E-manat”ın sistemində problem yaranıb. "Azəriqazın" smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama “E-manat”ın marketinq üzrə mütəxəssisi Ayşən Həsənova bildirib ki, problem aradan tam qaldırılıb.

O qeyd edib ki, “E-manat” terminallarında problem 16 dekabr səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib:

"Dünən günün sonunda mütəxəsislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Bütün müştərilər “E-manat” terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək, bu yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub.Bildirişli ödənişlərdə heç bir problem olmayıb", -mütəxxəsis bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti