...

"Neftçilər" metrostansiyası yaxınlığında dava 4 ərəb turist arasında düşüb - RƏSMİ

Gündəm Materials 29 Yanvar 2022 11:41 (UTC +04:00)
"Neftçilər" metrostansiyası yaxınlığında dava 4 ərəb turist arasında düşüb - RƏSMİ

Trend-i buradan izləyin

Bakı. Samir Əli -Trend:

Paytaxtın Nizami rayonunda guya gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib.

"Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar", - deyə məlumatda bildirlib.

Xatırladaq ki, hadisə dünən gecə saat 12 radələrində "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "X-Life" gecə klubunun yaxınlığında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti