Bakı. Humay Ağacanova - Trend:
Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı yaranan
problemlərlə Xarici İşlər Nazirliyi məşğul olur.
Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev
xaricdə təhsilə dair 2022–2026-cı illər üçün Dövlət Proqramı ilə
bağlı keçirdiyi brifinq zamanı deyib.
O qeyd edib ki, Təhsil Nazirliyi yaranan problemin həlli üçün dəstək olur.