...

Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb (FOTO)

Gündəm Materials 4 Mart 2022 19:05 (UTC +04:00)
Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb (FOTO)

Bakı. Trend:

Ukraynanın döyüş gedən şəhərlərindən Lvov şəhərinə gələn soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida ehtiyacları ödənilir. Daha sonra isə soydaşlarımız avtobuslarla Ukrayna-Polşa sərhədinə yola salınır.

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti