...

"Renault" Moskvadakı zavodunun fəaliyyətini dayandırdığını elan etdi

Gündəm Materials 24 Mart 2022 01:24 (UTC +04:00)
"Renault" Moskvadakı zavodunun fəaliyyətini dayandırdığını elan etdi

Bakı. Trend:

"Renault Group" şirkəti Moskvadakı zavodunun fəaliyyətini dayandırdığını açıqladı.

Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.

"Direktorlar Şurası bu gün iclas keçirib və bu gündən Moskvadakı "Renault" zavodunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib", - deyə şirkətin saytında qeyd olunub.

Konsern əlavə edib ki, artıq beynəlxalq sanksiyalara riayət etmək üçün lazımi tədbirlər görməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti