...

Evi sökülən vətəndaş özünü Daxili İşlər Nazirliyinin qarşısında yandırdı

Gündəm Materials 26 Aprel 2022 17:16 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.

Nazirliyinin Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq verilən məlumatda bildirilir ki, həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar.

“Həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”, - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti