...

Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə 98 milyon manata yaxın vəsait xərclənib

Gündəm Materials 25 May 2022 11:39 (UTC +04:00)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə 98 milyon manata yaxın vəsait xərclənib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə 98 milyon manata yaxın vəsait xərclənib.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman deyib.

Nazir bildirib ki, 2021-ci ildə dövlət büdcəsindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsi üçün 105,8 milyon manat ayrılıb və bu vəsaitdən 97,6 milyon manatı xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti