Bakı. Trend:
Xəbər verdiyimiz kimi, "Azəriqaz" İstehsalat Birliyinin tətbiq etdiyi "Gallus" və daha sonra "Zenner" kartlarının "NFC" təminatı olan telefonlarda necə və hansı proqram təminatı ilə yükləmə qaydasını izah edəcəm.
Qeyd etdiyim kimi, yalnız "NFC" təminatı olan telefonlarla "Gallus Pay" və "Zenner" kartla yükləmə əməliyyatı etmək olur, yəni heç bir yerə getmədən "Smart Gallus Pay" və "Zenner" sayğaclardan ödəniş əməliyyatı edə bilirik. Bunun üçün ilk olaraq "Play Market" və ya "App Store"dan "E Manat+" proqramı yükləyirik. "E manat+" proqram təminatını açırıq, "ödəniş et" bölməsinə seçirik. "Kommunal Azəriqaz" və "Azəriqaz Gallus pay" və "Zenner" pəncərəsinə daxil oluruq. Kartı telefonun alt hissəsinə tutduqda kartda olan məlumatlar telefonda əks olunur. Sayğacın nömrəsi, abonent kodumuz və ödəniş növü qeyd olunur. Ödəniş növünü seçərək "davam et" düyməsi, ondan sora məbləği daxil edirik. Yenidən "davam et" düyməsinə basırıq. Beləliklə, kartın məlumatları əks olunur. Biz kartın nömrəsini, istifadə müddətini və cvv kodunu qeyd edərək istədiyimiz məbləği "ödə" düyməsini sıxaraq karta köçürmüş oluruq.