...

Bakıda narkotik alverində təqsirləndirilən şəxsə hökm oxundu

Gündəm Materials 7 İyun 2022 11:52 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi də təqsirləndirilərək həbs edilən Fəqan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F. Məmmədov 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Məmmədov 2021-ci il sentyabrın 2-də saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 4 ədəd şəffaf selafon bükümdə olan metamfetaminə oxşar psixotrop maddənin aşkarlanaraq götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması) maddəsi ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti