Bakı. Trend:
Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində keçirilən praktiki təlim məşğələləri başa çatıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hərbi institutun tədris planı və proqramına uyğun olaraq keçirilən məşğələlərdə kursantlar ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə tapşırıqları, atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.
Həmçinin təlim məşğələlərində azimutla hərəkət, mühəndis
maneələrinin dəf edilməsi, yaralıların döyüş meydanından təxliyəsi,
şərti düşmən hədəflərinin aşkarlanaraq zərərsizləşdirilməsi və
digər tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə icra
edilib.
Kursantlarla keçirilən məşğələlərdə əsas məqsəd onların nəzəri
biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsidir.