...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib (FOTO)

Gündəm Materials 7 Avqust 2022 18:33 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovina, Ukrayna, Ekvador, Rumınya, Gürcüstan və Türkiyədən olan üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyiblər.

Bu barədə Trend Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə istinadən xəbər verir.

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyirik.

Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkətlər qətiyyən yolverilməzdir", - deyə üzvlərin açıqlamasında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti