...

Çox ciddi problemlə üz-üzəyik, 2 min müəllim kvadratın perimetrini hesablaya bilmir - Emin Əmrullayev

Gündəm Materials 13 Oktyabr 2022 10:13 (UTC +04:00)
Çox ciddi problemlə üz-üzəyik, 2 min müəllim kvadratın perimetrini hesablaya bilmir - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir qrup müəllim oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var.

Trend-in məlumatına görə bu fikirləri çərşənbə günü REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?

"Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”, - deyə E.Əmrullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti