Bakı. Trend:
Doğma yurdum Laçın işğaldan azad ediləndə sevincimin həddi-hüdudu yox idi.
Bunu Trend-ə Laçın rayon sakini Türkay Kamalov bildirib.
O bildirib ki, böyüyüb boya-başa çatdığı yerlərə qayıdacağı günü
səbirsizliklə gözləyir.
"Kadrlara baxırdım evlər, qəbiristanlıqlar dağıdılıb. Laçının
videolarını evdə ağlayaraq izləyirdik. Hamı göz yaşı tökürdü. İndi
isə sevinc göz yaşları tökürük. Məcburi köçkünlük illərində çox
çətinliklər çəkmişik, lakin ən böyük çətinliyimiz yurd həsrəti,
Laçından ayrı düşmək idi. Laçınlılar illərdir həsrətində olduqları
torpaqlara dönəcəkləri günü səbirsizliklə gözləyir, doğma
yurdlarına qayıdandan sonra görəcəkləri işlərlə bağlı xəyallar,
planlar qururlar. Vətən torpağının hər qarışı gözəldir, amma mənim
üçün Laçının bənzəri yoxdur. Bu sevinci bizə yaşatdığına görə
Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Allahdan
şəhidlərimizə rəhmət, qazilərimizə rəhmət diləyirəm", - deyə o qeyd
edib.
Qeyd edək ki, bu gün Azərbaycanın Laçın rayonunun erməni işğalından azad edilməsindən iki il ötür.
Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.