Bakı. Trend:
TƏBİB Bakıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan Trend-ə verilən xəbərə görə, baş verən ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir.