Bakı. Trend:
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.
Trend-in məlumatına görə, mayor rütbəsini daşıyan Elşad Hacıyevə polkovnik-leytenant rütbəsi verilib.
Xatırladaq ki, 2020-ci ildə Elşad Hacıyev Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub. Daha əvvəl isə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.
"Fəaliyyətimi polis polkovnik-leytenantı rütbəsində davam etdirəcəyəm. Göstərilən etimada görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam", - deyə E.Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib.