...

Səfirliyə hücum edən şəxsin yanında 14 yaşlı qız və 7 yaşlı oğlan olub

Gündəm Materials 27 Yanvar 2023 11:39 (UTC +04:00)
Səfirliyə hücum edən şəxsin yanında 14 yaşlı qız və 7 yaşlı oğlan olub

Bakı. Trend:

Səfirliyə hücum edən şəxs 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə olub.

Trend xəbər verir ki, bu barədə İran SEPAH-a yaxın mənbə məlumat yayıb.

Qeyd olunub ki, 50 yaşlı kişi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edib. İstintaqın ilkin məlumatlarına görə, o, 2 azyaşlı uşaq: 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə “Pride” markalı avtomobillə inzibati binaya gedib.

Şübhəli şəxs səfirliyin binasına daxil olaraq binanın birbaşa girişində atəş açıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti