...

Səbinə Əliyeva N saylı hərbi hissədə olub (FOTO)

Gündəm Materials 7 Fevral 2023 15:07 (UTC +04:00)
Səbinə Əliyeva N saylı hərbi hissədə olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

Aparatdan Trend-ə bildirilib ki, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verilib.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.

Daha sonra nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxana, əsgər yeməkxanası və digər obyektlərə baxış keçirib.

S.Əliyeva hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Səfər çərçivəsində Ombudsman Aparatının nümayəndələri hərbi hospitalı ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçuların qayğıları ilə maraqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti