...

Qaziantepdə axtarış-xilasetmə işləri tamamlandı

Gündəm Materials 18 Fevral 2023 17:20 (UTC +04:00)
Qaziantepdə axtarış-xilasetmə işləri tamamlandı

Bakı. Trend:

Türkiyənin Qaziantep şəhərində axtarış-xilasetmə işləri tamamlanıb.

Trend xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Təbii fəlakət nəticəsində 39 672 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti