...

Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli məlum olub

Gündəm Materials 4 Mart 2023 14:00 (UTC +04:00)
Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir.

Bu barədə Trend-ə ‘’Azərbaycan Dəmir Yolları’’ QSC-dən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək.Müvafiq marşrut üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.

"Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci ilin may ayının 15-də baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti